Litva Ukrayna üçün Polşa istehsalı olan 37 kamikadze dron alacaq.
"Unikal" TASS-a istinadla xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib.
““Legion Of Boom” tərəfindən toplanan vəsaitin bir hissəsi (€1.000.000) Litvanın Milli Müdafiə Nazirliyinə veriləcək. Bu vəsait Polşadan 37 kamikadze dronun alınmasına sərf olunacaq və sonra Ukraynaya göndəriləcək”, - deyə məlumatda bildirilir.
“Legion Of Boom” kampaniyasının təşəbbüskarı, jurnalist Andrius Tapinas qeyd edib ki, istehsalçı “WB Group” qrupu dronların bəzi hissəsini pulsuz verəcək.
“Əvvəlcə 25 dron gözlənilirdi, lakin biz 27 sayında razılaşa bildik. Polşa istehsalçısı Ukraynaya dəstək olaraq daha 10 dron da təqdim edəcək”, - deyə Tapinas “Facebook” hesabında yazıb.
“Warmate” dronları yüngüldür (təxminən 5,7 kq) və daşına bilir, 30 km-ə qədər uçuş məsafəsi var və 150 km/saat sürətə malikdir. Onlar partlayıcı maddə də daşıya bilərlər.