Sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdarın yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "BluTv"də yayımlanacaq serialda baş rolu canlandıracaq. Dizdar "Tansu" obrazına həyat verəcək. Aktrisanın tərəf müqabili isə Berkay Ateşdir.
Qeyd edək ki, serialın çəkilişləri Adanada baş tutacaq.