Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 65 m² olan mansarda tipli birmərtəbəli 4 otaqlı evin mansardası və yanar konstruksiyaları 52 m² sahədə, bitişik ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və digər bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən xəbərə görə, evlərin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.