Amerikalı aktyor Robert LuPone 76 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə aktyorun 1986-cı ildə yaratdığı MCC Theatr təşkilatından məlumat verilib.
LuPonenin mədəaltı vəzi xərçəngindən öldüyü bildirilir.
O, 1946-cı ildə Nyu-Yorkda anadan olub. Brodveydə aktyor kimi debüt edib və Oskarın teatr ekvivalenti olan Toni Mükafatına namizəd olub. LuPone tamaşaçılara ən çox “The Sopranos”da Dr. Bruce Cusamano rolu ilə tanınır. O, həmçinin "Milyardlar", "Gossip Girl", "Law & Order" kimi layihələrdə iştirak edib.