“Survivor” yarışmasının yeni mövsümündə “Tv8” kanalının rəhbəri Acun Ilıcalının olmayacağı iddia olunur.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ilıcalı keçən il sahibləndiyi İngilis futbol klubu olan “Hull City”yə kifayət qədər vaxt ayıra bilmədiyinə görə “Survivor”u tərk edib.
Tanınmış aparıcının yeni mövsümdə bütün diqqətini futbol klubuna yönəltmək istədiyi iddia olunur. Gərgin iş qrafikində işləyən aparıcı bu dəfə “Survivor” yarışmasının yer aldığı Dominik Respublikasında olmayacağını bildirilib.