Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert proqramı ilə çıxış edib.

"Unikal" xəbər verir ki, tədbirdə bir çox məşhurlar iştirak edib. 

Bahh Tee və Turken, Jony, Rauf & Faik, Ellainin də qatıldığı konsert proqramından sonra Ömər Aşırımında olublar.

Xalq artisti bununla bağlı görüntüləri sosial şəbəkədə paylaışb.

"Bu gün Kəlbəcərdə Vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün böyük qürur hissi duyuram. Yaşa doğma Azərbaycan! Eləcə də, böyük məmnuniyyətlə və qürur hissi ilə tədbirdə iştirak edən bütün həmkarlarıma təşəkkürlərimi bildirmək istəyirəm: Bahh Tee və Turken, Jony, Rauf & Faik, Ellai" -deyə Emin Ağalarov qeyd edib. 

16:21

Emin Ağalarov Kəlbəcərdə konsert verib.

"Unikal" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə görüntülər yayılıb. 

***

09:12

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert proqramı ilə çıxış edəcək.

"Unikal" xəbər verir ki, bu barədə yerli KİV nümayəndələrinə açıqlamasında deyib.

Ağalarovun sözlərinə görə, o, Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edəcək.