Ukraynanın xalq artisti Rujena Rublyova ruslarla əməkdaşlığa razılıq verib və onların tərəfinə keçib.
"Unikal" xəbər verir ki, Xerson Şəhər Şurasının Mədəniyyət İdarəsinin rəhbəri Svitlana Dumynska aktrisanın xəyanəti barədə məlumat verib.
Rusiya Rublyovaya iki musiqi məktəbinə direktor təyin edib. Hətta avqustun 29-da Rublyova Oleksandr Kuzmenko ilə birlikdə iki musiqi məktəbinin - 1 və 3 nömrəli məktəbin kollektivləri üçün görüş keçirib. Orada “sənətkar” təhsil ocaqlarının direktoru olduğunu elan edib.
Gülayə Mecid