Türkiyəli aktrisa-müğənni Merve Boluğur evlilik təklifi alıb.

"Unikal" xəbər verir, aktrisanın aranjimançı sevgilisi Mərd Aydın onun üçün restoranların birində sürpriz hazırlayıb. O, yemek yedikləri an dronla havadan enən üzüyü sevgilisinə təqdim edib. Merve onun təklifinə hə cavabını verib.

Sözügedən görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, aktrisa daha əvvəl müğənni Murad Dalkılıçla ailəli olub.