Əməkdar artist Cavanşir Məmmədov "Avroviziya" musiqi yarışmasına qatılmaq istəyi ilə bağlı daha bir açıqlama verib.
"Unikal" xəbər verir ki, müğənni bu haqda "Evinizin qonağı" proqramında danışıb. O bildirib ki, açıqlaması düzgün anlaşılmayıb:
"Sual verdilər ki, "Avroviziya"ya gedərsiniz? Cavab verdim bəli. Gördüm bir az düşünülmədən deyilib... Tək getmirəm axı. Orada tək Firuzə İbadova il oxumuram ki... Gedirəm Səidə Sultan, Manana, Emilya, Rəşad Haşımovla. Aşıq Mübarizlə, "Natiq" ritm qrupu ilə... Orada elə performans düzəldirəm ki, oxumaq qalır kənarda. Niyaməddin Musayev də getsin. Bilirəm ki, bu insanın potensialı var".