Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Aynur Hüseynova idarə etdiyi "Porcshe" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Qəza zamanı "Porcshe" əvvəlcə "Mercedes" markalı avtomobilə, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, "Porcshe" yararsız vəziyyətə düşüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Fakla bağlı araşdırma aparılır.

Tural Əhmədov