Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.
Araşdırma aparılır.