Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, eyni zamanda qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarla daxil olan sululuqda artım müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39%, Qanıx-Cəlayir məntəqəsində isə 21% artıb.
Sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.