Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi davam edir. Builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir.
"Unikal" xəbər verir ki, Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunur. Qardaş ölkənin “HAVELSAN”, “Roketsan”, “Lentatek”, “Dearsan” və s. şirkətləri sərgidə öz hərbi məhsullarını nümayiş etdirirlər.
Türkiyənin "ADEX"də sərgilədiyi silah və texnikaların fotolarını təqdim edirik:
FOTOLAR: Ayxan Məlikov