“Uşaq bağçalarında kameraların quraşdırılmsı tətbiqi bizim üçün prioritet məsələlərdən biridir. Davranışa və uşaqların sayına baxımından bu məsələ çox vacibdir”.
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kameraların quraşdırılması üçün bağçaların internetə çıxışı da təmin edilməlidir.
“Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Biz gələn ilin sonuna qədər ümumi təhsildə də 80 faiz şagirdimizi əhatə edən məktəblərdə fiberoptik interneti təmin edəcəyik. Proses mərhələli şəkildə aparılacaq. Bağçalarımızda kameraların quraşdırılmasının xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynadığı ilə razıyam. Lakin düşünürəm ki, bu iş mərkəzləşdirilmiş qaydada olmamalıdır”.