Xəbər verdiyimiz kimi, Azərbaycanda 13 yaşlı qız dünyaya uşaq gətirib.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, dünyaya gələn uşağın atasının da 15 yaşı var. Bundan başqa 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. Qız illər əvvəl öz atasını itirib. Hazırda ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq çörəkpulu əldə etdikləri deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda olan əməkdaşımıza bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.