Akın Akınözü və Bensu Soralın baş rollarını paylaşdığı "Tuzak" serialının aktyor heyəti bəlli olub.

"Unikal" xəbər verir ki, keçmiş sevgililər Rıza Kocaoğlu və Eylül Su Sapan illər sonra TV8-də yayımlanacaq "Tuzak" serialında yenidən görüşəcəklər.

Bir müddət sevgili olan aktyorlar Rıza Kocaoğlu və Eylül Su Sapan yenə eyni kadrda, lakin bu dəfə həmsöhbət olaraq kamera qarşısına keçəcəklər.