Türkiyəli müğənni Kənan Doğulunun Zəfər Bayramının 100 illiyi münasibətilə Beşiktaş Bələdiyyəsinin təşkil etdiyi konsert üçün aldığı məvacib ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 2 saatlıq ifasına görə 150 min dollar (təxminən 255 min manat) qazanıb.
Həmkarı Tarkan isə İzmirin Qurtuluşunun 100 illiyinə həsr olunan konsertdə ifa etmək üçün məvacib tələb etməyib.