DİN polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. 

***

17:48

Post Patrul Xidmətinin (PPX) əməkdaşlarının xidməti maşınla qeyri-etik hərəkətlər etmələrinə dair görüntülər yayılıb.

"Unikal" xəbər verir ki, polislər vəzifə başında olarkən xidməti maşına qızları mindiriblər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.