Göygöl rayonunda yaşlı kişiyə yaxınları tərəfindən ağır xəsarət yetirilib.
"Unikal" reporta istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü M.Hüseynov baş nahiyəsindən kəsici xəsarətlər alaraq ağır halda xəstəxanaya yerləşdirilib.
M.Hüseynovun dediyinə görə, ona ailə münaqişəsi zəminində oğlu və gəlini xəsarət yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.