Reper Elşad Xose "YouTube"də yayımlanan "Минута Плюс" proqramına qonaq olub.  

"Unikal" xəbər verir ki, uzun müddət narkotik aludəçisi olduğunu etiraf edən müğənni indi ona qalib gəldiyini söyləyib.

"Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir".

Şəxsi həyatından danışan reper "Xoşbəxtəm və xoşbəxt olacağıma inanıram" sözlərini əlavə edib. 

Qeyd edək ki, Elşad bir neçə ay əvvəl ikinci dəfə ailə qurub. O, ilk dəfə rəqqasə Oksana Rəsulova ilə ailəli olub.