Türkiyəli aktyor Kubilay Akanın başına iş gəlib.
"Unikal" axsam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədəki şəxslərdən biri aktyoru çılpaq fotolarını yayımlanacağını söyləyərək şantaj edib. Aka həmin şəxsin istəyini yerinə yetirərək, 40 min lirə bank hesabına yatırıb.
Ardınca isə daha bir şəxs 60 min lirə tələb edib. Aktyor isə şəkillərin ona aid olmadığını bildirdikdə "Ailəni və karyeranı məhv edəcəm" deyə, təhdid edib. Kubilay Aka isə həmin şəxsdən şikayətçi olub.