Həbs edilən vəkil Elçin Sadıqovun bu gün keçirilməli olan məhkəməsi sabaha təxirə salınıb.
Bu barədə "Unikal"a açıqlamasında onun vəkili Cavad Cavadov məlumat verib.
O bildirib ki, Elçin Sadıqov istintaq hərəkətləri ilə əlaqədar olaraq yenidən Baş Prokurorluğa aparılıb.
Qeyd edək ki, E.Sadıqov külli miqdarda rüşvət almaqda köməkçilik etməkdə təqsirləndirilir. Onun barəsində Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Murad İbrahimli