Bakıda evdən 11000 manat və 4600 dollar oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.