Rusiyanın Xalq artisti, “Şerlok Holms və doktor Vatsonun macəraları” filmlər silsiləsinin yaradıcısı İqor Maslennikov dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, rejissor 91 yaşında vəfat edib.

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının yaydığı xəbərdə "İqor Maslennikov öldü, qızı səhər bizə zəng etdi" sözləri yer alıb. Dəfn mərasimi ilə rejissorun yaşadığı Sankt-Peterburqda Kinematoqrafçılar İttifaqı məşğul olacaq.

Qeyd edək ki, İqor Maslennikovun ən məşhur filmləri arasında "Yarışçılar", "Yaroslavna, Fransa kraliçası", "Qış albalısı" filmi yer alıb.