Məşhur aktrisa Hande Erçelin azyaşlı bacısı qızı Mavi xərçəng xəstəliyindən müalicə almağa başlayıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qızının xəstəliyi ilə bağlı açıqlama verən bloger Gamze Erçel, "İki həftə əvvəl müalicəyə başladıq, Mavinin vəziyyəti yaxşıdır. Bu prosesi yaxşı keçirmək üçün əlimizdən gələni edirik",- deyib.
Azyaşlının xərçəngə tutulması xəbəri Erçellərin pərəstişkarlarını kədərə boğub.