“Fransada erməni vandalları Azərbaycan səfirliyinə basqın ediblər. Çox təəssüf ki, özünü hüquqi dövlət kimi dünyaya təqdim edən Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini təmin etmək üçün zəruri addımlar atmayıb”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
İşçi qrupun rəhbəri vurğulayıb ki, məlum hadisə Fransanın beynəlxalq hüquqa, o cümlədən, "Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasına görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi anlamına gəlir.
Qeyd edək ki, bu gün Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.