"Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır, ancaq o elə yaşdadır ki, nə desən ağlayacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.
O bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə Ermənistan üçün problem yaradan gözyaşıdır.
“Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi Ermənistana erməni lobbisinin səsini almaq üçün gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar”.