Bu il Bakıda baş vermiş 32 qətl hadisəsinin üstü açılıb.
"Unikal"ın xəbərinə görə, bunu Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov rəsmi qəzetdə dərc edilən məqaləsində bildirib.
O qeyd edib ki, paytaxtın daxili işlər və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi cari ilin müvafiq dövründə şəhər ərazisində törədilən 32 qəsdən adam öldürmə cinayətinin hamısının açılması təmin olunub.