Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Şuşa səfəri çərçivəsində Molla Pənah Vaqifin məqbərəsinin önündə təsadüfən Türkiyənin məşhur şahmat ustası Kübra Öztürklə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, görüş zamanı nazir idmançının oğluna yaxınlaşıb və ona oyuncaq ambulans hədiyyə edib.
Qeyd edək ki, bu günlərdə Şuşada Xurşidbanu Natəvan 190 illiyinə həsr olunmuş beynəlxalq şaxmat turniri “ShushaChess-2022” keçirilir.