Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.