"Ukraynadakı hərbi cinayətlərə görə Vladimir Putini terrorçu Bin Ladenin taleyi gözləyir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu 2005-2010-cu illərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, ordu generalı Nikolay Malomuj “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.
"Bin Laden də uzun müddət müxtəlif mexanizmlərdən istifadə edib, lakin sonda ABŞ onu məhv etmək variantlarını tapıb və əməliyyat keçirib", - Malomuz bildirib.
Generalın sözlərinə görə, dünya ictimaiyyəti Rusiya prezidentini fiziki cəhətdən aradan qaldırmaq variantını nəzərdən keçirir:
"Terrorçu terror hücumu ilə məhv edilməlidir. Düşünürəm ki, ABŞ rəhbərliyindən başlayaraq əksər siyasətçilər bu cür sanksiyalara əl atmayacaqlar. Amma təbii ki, nüvə müharibəsi məsələsi ortaya çıxanda bütün vasitələr məqbul olacaq. Hər halda, xüsusi xidmət orqanları belə variantları işləyib hazırlayır”, - SBU-nun keçmiş rəisi vurğulayıb.
Xatırladırıq ki, 2011-ci il mayın 2-də ABŞ xüsusi xidmət orqanları Pakistanda 1 saylı terrorçu Üsamə bin Ladeni məhv edib.
Üsamə bin Laden 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktına, eləcə də bir çox başqa terror aktlarına görə məsuliyyət daşıyan “Əl-Qaidə” təşkilatının lideri olub. O, FTB-nin "ən çox axtarılan terrorçular" siyahısında idi. Bin Laden ABŞ-ı cinsi azğınlıq, homoseksuallıq və narkomaniya yaymaqda ittiham edib. ABŞ hələ 1998-ci ildə Keniya və Tanzaniyadakı Amerika səfirlikləri yaxınlığında törədilən terror aktlarından sonra onu 1 nömrəli terrorçu elan edib.
Gülayə Mecid