Finlandiya sentyabrın 30-dan etibarən rusiyalı turistlər üçün sərhədi bağlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.
Bildirilir ki, Finlandiya tərəfi rusiyalı turistlərə qoyulan məhdudiyyətlərin təfərrüatlarını və şərtlərini açıqlamayıb.
Bundan əvvəl Latviya, Litva, Polşa və Estoniya da sentyabrın 19-da saat 00.00-dan etibarən Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını dayandırıb. Bundan sonra Baltikyanı ölkələrə yalnız üç dövlətdən birinin yaşayış icazəsi olanlar, vətəndaşlığı olanların ailə üzvləri və başqaları daxil ola bilər.
Gülayə Mecid