Kanadalı məşhur müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber ərinin keçmiş sevgilisi Selena Qomez haqqında ilk dəfə açıqlama verib.
"Unikal" xəbər verir ki, o, bu barədə “Call Her Daddy” podkastına danışıb.
Belə ki, 2018-ci ildə Castinlə dünya evinə girən məşhur model Selenadan nifrət dolu mesajlar aldığını deyib.
"Mən bu haqqda ilk dəfə danışıram. Selenadan "Castini oğurladın" kimi çoxlu nifrət ifadələri eşitmişəm. O mənə təhqiredici mesajlar atırdı. Lakin mən buna əhəmiyyət verməmişəm. Mən Castinlə evlənəndə onların münasibəti tamamilə bitmişdi".
Qeyd edək ki, müğənni Selena Qomezlə Castin Biber uzun müddət sevgili olublar.
Gülayə Mecid