Məşhur müğənni Hadisənin həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşanmasının səbəbi məlum olub.
"Unikal" xəbər verir ki, cütlüyün ayrılmasına müğənni Murdanın səbəb olduğu bildirilib. Belə ki, Hadisənin həm konsertdə, həm də "İmdat" klipində Murda ilə yaxınlığı Mehmet və ailəsi tərəfindən xoş qarşılanmayıb. Ailə içində "Sən evlisən, necə qucaqlaşa bilərsən?" kimi səslənən fikirlər cütlüyün ayrılmasına gətirib çıxarıb.
Qeyd edək ki, cütlyün boşanması 30 sentyabr Beykoz ədliyyəsində baş tutacaq.