Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov prezident Kasım-Jomart Tokayevə Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra ölkəyə gələn rusların sayının artması ilə bağlı miqrasiya vəziyyəti barədə məlumat verib .

"Unikal" xəbər verir ki, Tokayev ölkədə miqrasiya nəzarətinin gücləndirilməsi və asayişin təmin edilməsi üçün bir sıra tapşırıqlar verib.

“Marat Axmetjanov Rusiya Federasiyası vətəndaşlarının ölkəyə gəlişi ilə bağlı daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərdən danışıb”, - məlumatda deyilir. 

Rusiyada səfərbərlik elan edildikdən sonra Qazaxıstanla sərhəddəki keçid məntəqələrində saatlarla tıxac yaranıb. Məlumdur ki, sentyabrın 21-dən indiyədək 98 minə yaxın rus Qazaxıstan ərazisinə daxil olub.

Daha əvvəl bildirilib ki, Moskva və Astana sərhəddəki sıxlıq səbəbindən yaşıl dəhlizin yaradılması ilə bağlı danışıqlara başlayıb.

Gültəkin