Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

"Unikal" xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ifaçının son görüntülərini paylaşıb. O, təşkil etdiyi məclisə Rəhimin ayaqlarının şişdiyinə görə gələ bilmədiyini bildirib:

"Ay Rəhim, Allah sənə rəhmət eləsin, incimişdim səndən dostum. Kaş ki, inciməzdim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə video çəkib atdın. Həyat niyə belə amansızdır? Qardaş, heç bir incikliyim yoxdur sənə.  Amma kaş zeng edəydim, danışaydıq. Çox təmiz adam idin. Rəhim, bundan sonra bizə "dostum" kəlməsini kim deyəcək? Məkanın cənnət olsun, əziz dost".