Rusiyalı müğənni Alla Puqaçova İsrail pasportunu geri alıb. Sənəd gələn ilə qədər etibarlı olacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Qeyd edək ki, Alla Puqaçova tammiqyaslı rus işğalının əvvəlində əri və uşaqları ilə birlikdə İsrailə gedib. Sentyabrın 1-i ərəfəsində ulduz Rusiyaya qayıdıb və hətta uşaqlarını məktəbə göndərib. Lakin Maksim Qalkin xaricdə qalıb. Və onu Rusiyanın “xarici agenti” adlandırıblar.
Ötən gün məlum oldu ki, Puqaçova təcili olaraq yenidən Rusiyanı tərk edib. O, yəqin ki, bunu Qalkinin müdafiəsinə qalxdıqdan və Rusiya hakimiyyətindən onu “xarici agentlər” siyahısına daxil etməyi xahiş etdikdən sonra edib.
Seymur Əli