Daha bir türkiyəli məşhur "Altın kelebek" mükafatından imtina edib.
"Unikal" xəbər verir ki, aktrisa Vahide Perçin seçimin ədalətli aparılmadığı üçün mükafatdan imtina etdiyini açıqlayıb.
"Altın Kelebek” nominasiya seçiminin uzun müddətdir ədalətli aparılmadığına inandığım üçün namizədlikdən imtina edirəm" deyə, aktrisa bildirib.
Xatırladaq ki, daha əvvəl aparıcı Armağan Çağlayan da namizədlikdən geri çəkildiyini demişdi.
Qeyd edək ki, Perçin hazırda "Aldatmak" serialında baş rolu canlandırır.