Ötən dövrün ən aktiv sosial media platforması olan "Instagram" da bir çox məşhurlar üçün ciddi gəlir mənbəyi olub.

"Unikal" xəbər verir ki, platformada sadəcə yazı dərc etməklə minlərlə pul qazanan məşhur adlar var. Burak Özçivit ən çox qazanan məşhurlardan biridir.  O, tək paylaşımla  250 min TL qazanır.

"Instagram"da 29 milyon izləyicisi olan Hande Erçel hər paylaşıma 230 min TL ( 21,091 azn),  Neslihan Atagül 13,5 milyon izləyici ilə 130 min TL (11,921 azn), Fəxriyyə Evcən 13,1 milyon izləyici, hər yazı üçün 120 min TL ( 11,004 azn), Murat Boz 11,3 milyon izləyici hər paylaşım üçün 80 min TL (7,336  azn) və b.  pul qazanırlar.