"Google" şirkəti Çindəki istifadəçiləri üçün "Google Translate" xidmətini dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, Çində tərcüməçi proqramın veb versiyasına daxil olmaq istəyəndə standart axtarış sətirinin fotosu görünür. İstifadəçilər həmçinin mövcud olmayan Honq-Konq "Google Translate" saytına yönləndirilir.
"Biz aşağı istifadə nisbətlərinə görə Çində "Google Translate"i dayandırdıq", - şirkətdən bildirilib. Qərarla bağlı başqa təfərrüatlar verilmir.
Ağarza Elçinoğlu