"Doğuluşdan ölənə qədər qadının həyatındakı roluna bax. Səni doğan, süd verən, min bir əziyyətini çəkən, yolunu gözləyən, ata edən, sən öləndə ən çox ağlayan da odur".
"Unikal" xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə paylaşıb.
"Qadın torpaq kimidir. Nə əksən, onu da biçəcəksən. Qadına əl qaldırmazdan öncə ananı, bacını və qızını düşün. Onun əlini sənin əlinə bağlayan, bir kişi kimi etibar edən atanı fikirləş. Qadına əl qaldırmazdan əvvəl düşün. Səbir elə, dinlə, danış, anla, sev" deyə, o, əlavə edib.