Hazırda "Fox" telekanalında yayımlanan "Yasak elma" serialının heyətində dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, ekran işində aktrisa Sevda Erginci yenidən rol alacaq. O, növbəti dəfə "Zeynep" obrazı ilə ekranda görünəcək. Onun boşandığı və yeni həyat yoldaşı ilə layihəyə qatılacağı, lakin uzun müddət rol almayacağı bildirilib.
Qeyd edək ki, Sevda sözügedən layihənin ilk mövsümündə aktyor Onur Tunayın tərəf müqabili idi. Növbəti mövsümlərdə onların hekayələri ssenaridən çıxarılmışdı.