Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunda minik avtomobili məktəb avtobusu ilə toqquşub. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər yaralanıb. 

Məlumata görə, hadisə baş verən zaman məktəb avtobusunda 22 uşaq olub.

Faktla bağlı prokurorluq araşdırmaya başlayıb.

Ağarza Elçinoğlu