İran xarici işlər naziri İranın ali dini lideri Əli Xameneinin dövlət başçısı Vladimir Putinə yazılı mesajını çatdırmayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Heç bir yazılı sənəd yox idi. İran rəhbərliyindən müəyyən, deyək ki, mesajlar var idi - bəli, bu doğrudur", - Kremlin sözçüsü İranın xarici işlər naziri Abbas Əraqçinin görüş zamanı Ali Rəhbərin Rusiya prezidentinə yazılı mesajını çatdırıb-çatdırmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov qeyd edib ki, mahiyyət etibarilə bunun əksini iddia edən "Reuters" xəbəri reallığa uyğun gəlmir.
Gülayə Mecid