Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın Ukraynanın “ərazilərini ilhaq etmək cəhdinə” cavab verən qərarını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin saytında dərc olunub.
Bildirilib ki, V.Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyünə dair sərəncam imzalayıb.
Sərəncamda, həmçinin Ukraynanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyi vurğulanıb.