İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ölkəsindəki nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsini pisləyən ABŞ-ı ikiüzlülükdə ittiham edib.
"Unikal" xəbər verir ki, Kenani instaqram hesabında Məhsa Əminin ölümündən sonra bütün ölkəyə yayılan etirazlara görə qınayan Vaşinqton rəhbərliyinə reaksiya verib .
Xarici İşlər Nazirliyinin sözçüsü Kenani aşağıdakı ifadələrdən istifadə edib:
"İllərdir dünyada hər kəs Fələstində, Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada, Suriyada, hətta Amerikanın öz torpaqlarında da insan haqları sahəsində ABŞ-ın əsl və maskasız üzünü görüb. Cənab Co Bayden insan haqları müdafiəçisi olmamışdan əvvəl öz ölkəsinin bu məsələ ilə bağlı halını düşünsəydi, daha yaxşı olardı. Baxmayaraq ki, münafiqlərin düşünməsinə ehtiyac yoxdur".
Seymur Əli