Belarus Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edir.
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələləri üzrə iclasda deyib.
Eyni zamanda o Belarus əsgərlərini Ukraynaya göndərməkdən imtina etdiyini vurğulayıb.
“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”, - deyə dövlət başçısı bildirib.
Bundan əvvəl Belarus prezidenti xarici ölkə səfirlərinin etimadnamələrinin qəbulu mərasimində bildirmişdi ki, belaruslar heç vaxt heç kimə hücum etməyiblər.
Seymur Əli