Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bu həftə Kiyevə, daha sonra Moskvaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu məlumatı agentliyin özü də çərşənbə axşamı Twitter-də dərc olunan bəyanatda təsdiqləyib.
“Bu həftə Rafael Qrossi Zaporojye atom elektrik stansiyasının ətrafındakı nüvə təhlükəsizliyi və mühafizə zonasının razılaşdırılması və tezliklə həyata keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Kiyevə, daha sonra isə Moskvaya gedəcək”, mətndə deyilir.
Gültəkin Ələsgər