AKP sədrinin müavini Binəli Yıldırım COVID-19 testinin nəticəsinin müsbət olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Binəli Yıldırım Twitter hesabında yazdığı paylaşımda tac xəstəliyinə tutulduğunu açıqlayıb.
Sağlamlığının yaxşı olduğunu bildirən Yıldırım mesajında bunları qeyd edib:
"Düzce proqramımız zamanı inkişaf edən simptomlar nəticəsində etdiyim Covid-19 test nəticəsi müsbət oldu. Vəziyyətim yaxşıdır, şükür. İnşallah həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm. Namazı gözləyirik, dua edirik”.
Gültəkin