ABŞ-ın dövlət borcu ilk dəfə 31 trilyon dolları ötüb.
"Unikal" xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin çərşənbə axşamı açıqladığı rəqəmlər sübut edir.
Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında 31,123 trilyon dollar məbləğində vəsait göstərilir. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.